Girov sahibinin ondan faydalanması
Girov sahibi girovdan faydalana bilməz. Çünki əvvəldə demişdik ki, mənfəət gətirən hər bir borc sələmdir.
Yalnız bir halda, əgər götürdüyü girov minilən (heyvan və s.) və ya sağılan (heyvan) olarsa və onun üçün xərc çəkirsə[1], onda onu minə və ya sağa bilər.
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Girov heyvan ona çəkilən xərcin müqabilində minilir. Həmçinin sağılan girov heyvan, ona çəkilən xərcə görə sağılır. Belə ki, girov heyvanı minən və sağan onun xərcini də çəkməlidir»[2].