Borcu başqa adamın hesabına keçirtmək (əl-Həvalə)

    31.03.2015

Ərəb dilində "əl-Həvalə" sözü, yönləndirmək, keçid vermək mənasındadır. Fiqh alimlərinin nəzərində isə, bir adamın borcunu digərinin məsuliyyətinə keçirməkdir.
Borcu olan insana başqa birisi borcludursa, belə halda borclu, borcunu tələb edən şəxsi ona borclu olan digər imkanlı şəxsə yönəltməlidir. Peyğəmbər (S.A.V.) demişdir: «Varlı insanın (imkanı ola-ola) borcu gecikdirməsi zülmdür. Borcunuzu istədikdə, borclu adam sizi, ona borclu olan imkanlı insana yönəldərsə bunu qəbul edin»[1].

 
[1] Buxari: 5/ 61/ № 2400. Müslim: 3/ 1197/ № 1564. Əbu Davud: 9/ 195/ № 3329. Tirmizi: 2/ 386/ № 1323. Nəsai: 7/ 317. İbn Macə: 2/ 803/ № 2403.