Bu növ əmanəti qaytarmağın vacibliyi

    31.03.2015

Tərifi: Fiqh alimləri deyirlər ki, bu, mülk sahibinin başqasına, heç bir qarşılıq olmadan öz mülkündən faydalanmağa icazə verməsidir.
Hökmü:
Bu əməl müstəhəbdir. Uca Allah buyurur: «Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun...»[1].
Peyğəmbər (S.A.V.) isə belə demişdir: «Bəndə öz qardaşının köməyində olduqca, Allah da onun köməyi olar»[2].
Uca Allah o insanları məzəmmət etmişdir ki, «Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar riyakarlıq edər, və xəsislik göstərib (bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı) verməkdən imtina edərlər»[3].
 
Bu növ əmanəti qaytarmağın vacibliyi
Uca Allah buyurur: «Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir...»[4].

 
[1] əl-Maidə: 2.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6577.
[3] əl-Maun: 5, 6, 7.
[4] ən-Nisa: 58.