Bu növ əmanətə zəmanət vermək

    31.03.2015

Mal-mülkdən bu yolla istifadə edən insan əmanətə görə məsuliyyət daşıyır. Amma zəmanətə gəldikdə isə, ona zəmanət vermir. Yalnız əgər əmanətə səhlənkar yanaşarsa, yaxud mülk sahibi ilə əvvəlcədən zəmanət daşımaq haqda sövdələşərsə o zaman zəmanət verməlidir. Səfvan ibn Yəla atasından rəvayət edir ki, Peyğəmbər (S.A.V.) mənə belə demişdir: «Mənim elçilərim sənin yanına gələndə, onlara otuz ədəd zireh, otuz ədəd də dəvə ver. Mən dedim: Ey Allahın elçisi, bunu sənə zəmanətlə verim, yoxsa ancaq geri qaytarmaq şərti ilə. Peyğəmbər (S.A.V.) dedi: Geri qaytarmaq şərti ilə»[1].
Əmir əs-Sənani "Subulus Səlam" adlı kitabında (3/ 69) deyir:
Zəmanətlə verilən əmanət, tələf olduqda qiyməti ödənilən əmanətdir.
Geri qaytarmaq şərti ilə alınan əmanət, salamat qalarsa geri qaytarılan, tələf olduqda isə qiyməti ödənilməyən əmanətdir.
Daha sonra deyir: Hədis, "əl-Ariyə yalnız zəmanət şərti olduqda zəmanətlə qaytarılır" - deyənlərin rəyinə dəlildir. Biz yuxarıda bu rəyin daha dürüst olmasını qeyd etmişdik.

 
[1] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 3045. Silsilətus Səhihə: № 630. Əbu Davud: 9/ 479/ № 3549.