Həddi-büluğ yaşında yox, sonradan namaza başlasam günahdır?

    16.01.2014
Kimdən: 
Ləman
Sual: 
Salam aleykum. Bildim qizlar namazi neche yashinda qilmalidir. Sag olun! Amma bu yashda bashlamasa gunahdirmi? Xahish edirem ki, cavab veresiz.
Cavab: 

Aleykum salam. Üməmən bildiyiniz kimi həddi-büluğ yaşına çatanda artıq namaz qılmaq lazımdır. Təbii ki, bilə-bilə qılmayıbsa günahdır. Amma hər halda indi başa düşmüsünüzsə, başlayın və bu məsələdə səhlənkarlıq etmədən tələsin. Uca Allah buyurur: "Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir". (ən-Nisə, 103).
Daha ətraflı: Namaz qılmaq insana neçə yaşında vacib olur?

Teqlər: 
Paylaş: