İşçilərin götürdükləri hədiyyə xəyanətdir

    31.03.2015

Əbu Humeyd əs-Saidi (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) əl-Əzd qəbiləsindən olan, İbn əl-Lətəbiyyə adlı bir kişiyə zəkat toplamaq işini tapşırdı. O işini bitirib qayıdanda dedi: Bu sizə çatacaq, bu isə mənə hədiyyə olunub. Peyğəmbər (S.A.V.) minbərə çıxıb, Allaha həmd səna etdi və dedi: «Bizim iş dalınca göndərdiyimiz işçiyə nə olub ki, qayıdanda: "Bu sizindir, bu isə mənimdir!" – deyir. Qoy bir ata-anasının evində otursun görək kimsə ona hədiyyə verəcəkmi? Nəfsim əlində olana and olsun ki, indi gizlətdiyi hər bir şeyi qiyamət günü boynunda daşıyaraq gətirəcəkdir. Əgər oğurladığı dəvədirsə (onunla birlikdə gələrkən) nərildəyər, inəkdirsə böyürər, qoyundursa mələyər». Sonra qoltuqaltı vəziləri görsənənə qədər əllərini qaldırıb üç dəfə: «Ey Allahım, mən lazım olanı çatdırdım!» – sözlərini dedi[1].

 
[1] Buxari: 13/ 164/ № 7174. Müslim: 3/ 1463/ № 1832. Əbu Davud: 8/ 162/ № 2930.