Hədiyyə edib sonra həmin hədiyyənin varisi olan
Abdullah ibn Bureydə atasından rəvayət edir ki, bir qadın Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: «Ey Allahın elçisi, mən anama bir qadın kölə bağışlamışdım. İndi isə anam ölüb (həmin qadın köləni nə edim). O dedi: Allah sənin əməlinin (bağışladığın hədiyyənin) savabını vermiş, sonra mirası sənə qaytarmışdır»[1].
[1] Hədis səhihdir. Səhih Sünən Tirmizi: № 535. Müslim: 2/ 805/ № 1149. Tirmizi: 2/ 89/ № 662. Əbu Davud: 8/ 79/ № 2860.