Hədiyyəyə kim daha layiqdir?
Aişə (A.R.O.) deyir ki, mən Peyğəmbərə (S.A.V.) dedim: «Ey Allahın elçisi, mənim iki qonşum var. Hədiyyəni hansına verim? O dedi: Hansının qapısı sənə daha yaxındırsa, hədiyyəni də ona ver»[1].
İbn Abbasın (A.R.O.) köləsi Kureyb deyir ki, Məymunə bint əl-Haris (A.R.O.) ona danışıb ki, o, Peyğəmbərdən (S.A.V.) xəbərsiz qadın köləsini azad edir. Növbəsi gələndə Peyğəmbər (S.A.V.) onun yanına daxil olur və o, deyir: Ey Allahın elçisi, hiss etmirsənmi ki, mən köləmi azad etmişəm? Peyğəmbər (S.A.V.) dedi: «Doğrudanmı onu azad etmisən?» O dedi: Bəli. Peyğəmbər (S.A.V.) dedi: «Əgər sən onu dayılarına (hədiyyə) versəydin savabın daha çox olardı»[2].