Hədiyyə verərkən övladlar arasında fərq qoymağın haramlığı
Noman ibn Bəşir deyir ki, atam öz malının bir hissəsini mənə bağışladı. Anam Amrə bint Rəvahə isə dedi: Sən bu işdə Peyğəmbərdən (S.A.V.) məsləhət almasan mən razılıq verən deyiləm! Atam mənə verdiyi sədəqəyə Peyğəmbəri (S.A.V.) şahid tutmaq üçün onun yanına getdi. Peyğəmbər (S.A.V.) ona dedi: «Sən bütün övladlarına belə hədiyyə etmisənmi?» Atam dedi: Xeyr. O dedi: «Allahdan qorxun və övladlarınız arasında ədalətli (mövqedə) olun». Atam qayıdıb həmin sədəqəni geri götürdü. Digər rəvayətdə isə onun belə cavab verdiyi deyilir: «Elə isə məni bu işdə şahid tutma. Çünki mən haqsızlığa şahidlik etmirəm».
Digər rəvayətdə isə belə cavab verdiyi nəql olunur: «Sən istərdinmi ki, onlar sənə qarşı xoş münasibətdə bərabər olsunlar?» Atam dedi: Bəli. O dedi: «Elə isə belə etmə»[1].