Heç kəsin verdiyi hədiyyəni geri götürməsi və ya alması halal deyil

    31.03.2015

İbn Abbas (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Pis xüsusiyyətlilərə oxşamaq bizə yaraşmaz. Verdiyi hədiyyəni geri götürən insan, qusuntusunu yeyən itə bənzəyir»[1].
Zeyd ibn Əsləm atasından rəvayət edir ki, o, Ömər ibn əl-Xəttabın (A.R.O.) belə dediyini eşitmişdir: «Allah yolunda döyüşə çıxan bir nəfərə at bağışladım. O isə ata çox pis baxırdı. Mən onun atı ucuz satacağını zənn edib,  atı ondan pulla almaq istədim. Bu haqda Peyğəmbərdən (S.A.V.) soruşdum və o dedi: Hətta o atı sənə bir dirhəmə də satsa, sən onu alma. Çünki hədiyyəsini geri götürən insan qusduğunu yeyən itə bənzəyir»[2].

 
[1] Buxari: 5/ 234/ № 2622. Rəvayətin mətni onundur. Müslim: 3/ 1240/ № 1622. Əbu Davud: 9/ 454/ № 3521. Tirmizi: 2/ 383/ 1316. Nəsai: 6/ 265.
[2] Buxari: 3/ 353/ № 1490. Müslim: 3/ 1239/ № 1620. Nəsai: 5/ 108. Rəvayəti müxtəsər qeyd etmişdir: Tirmizi: 2/ 89/ 663. Əbu Davud: 4/ 483/ № 1578.