Qəsbkarlıq

    31.03.2015

Tərifi:
Qəsb etmək, haqsız yerə başqasının haqqını götürməkdir.
Hökmü:
Bu əməl zülmdür. Zülm isə qiyamət günü zülmətdir.
Uca Allah buyurur: «(Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar; Belə ki, onlar başlarını yuxarı qaldırıb, durar, gözlərini də qırpa bilməzlər. Onların qəlbləri də bomboşdur. (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət yoxdur)»[1].
Digər bir ayədə isə buyurur: «Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin...»[2].
Peyğəmbər (S.A.V.) vida xütbəsində demişdir: «Bu ayınızda və məkanınızda bu gününüz necə haramdırsa, bir-birinizin qanına, malına və namusuna təcavüz etmək də elə haramdır»[3].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət etmişdir: «Zinakar zina etdiyi zaman mömin deyildir, (sərxoşedici) şərab içən onu içdiyi zaman mömin deyildir, oğurluq edən onu etdiyi vaxt mömin deyildir, insanların gözü qarşısında kiminsə malını qəsb edən mömin deyildir»[4].

 
[1] İbrahim: 42-43.
[2] əl-Bəqərə: 188.
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2068.
[4] Buxari və Müslim. Səhih əl-Cami əs-Səğir: № 7707.