Qəsb edilmiş şeydən faydalanmağın haramlığı
Qəsbkar insanın, qəsb etdiyi şeydən faydalanması haramdır. Onun, qəsb etdiyini öz sahibinə qaytarması vacibdir.
Abdullah ibn əs-Saib ibn Yezid atasından o da babasından rəvayət edir ki, o, Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişdir: «Biriniz zarafat və ya ciddi olaraq qardaşının əşyasını götürməsin. Hətta kim qardaşının əsasını (əl ağacını) götürübsə onu geri qaytarsın»[1].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim qardaşının namusuna və ya hansısa haqqına təcavüz edibsə elə bu gün, dinar və dirhəmin fayda vermədiyi gün yetişməmiş – ondan halallıq alsın. Əgər onun savab işləri olarsa, qiyamət günü etdiyi zülmün miqdarında onun savabından götürüləcəkdir. Yox əgər onun savab işləri olmazsa onda zülm etdiyi insanın günahlarından götürülüb ona veriləcəkdir»[2].