Torpağı qəsb etmək

    31.03.2015

Səid ibn Zeyd (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Kim başqasının torpağına (hər hansı yolla) təcavüz edərsə, onun boynuna yeddi qat yer kimi halqa taxılar (və o bu yükü daşımaqda aciz olduğu üçün bununla əzab çəkər)»[1].
Səlim atasından (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim haqsız yerə başqasının torpağının bir hissəsini götürərsə, qiyamət günü yeddi qat yerin altına atılar (və o bu yükü daşımaqda aciz olduğu üçün əzab çəkər)»[2].
Kim qəsb etdiyi torpaqda ağac əkər, yaxud tikinti tikərsə əkdiyi ağacları çıxarması və tikdiyini yıxması əmr olunar[3].
Belə ki, Peyğəmbər (S.A.V.) demişdir: «Haqsız yerə torpağa sahib çıxanın (həmin torpaqda) heç nədə haqqı yoxdur»[4].
Əgər qəsbkar torpağı əkibsə, onda torpağın əsl sahibi onun əkinə sərf etdiyi xərci ödəyir, məhsul isə ona qalır.
Rafi ibn Xədic (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim başqasının torpağında icazəsiz əkin əkərsə, çəkdiyi xərcdən başqa, əkindən ona heç nə düşmür»[5].

 
[1] Buxari: 5/ 103/ № 2452. Müslim: 3/ 1230/ № 1610.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6385. Buxari: 5/ 103/ № 2454.
[3] Təbii ki, bu torpağın həqiqi sahibinin istəyindən asılıdır. (tər.)
[4] Hədis səhihdir. Səhih Sünən Tirmizi: № 1113. Tirmizi: 2/ 419/ № 1394. Beyhəqi: 6/ 142.
[5] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6272. Tirmizi: 2/ 410/ № 1378. İbn Macə: 2/ 824/ № 2466.