Qonşuların müştərək haqqı olan şey, birinin razılığı olmadan satılarsa, xəbərsiz tərəf sərbəst qərar verməyə daha haqlıdır
Əgər iki qonşunun müştərək yolu, suyu və ya başqa şeyi olarsa onların hər birinin alqı-satqını pozmağa haqqı vardır. Belə ki, biri digərindən icazə almamış müştərək şeyi sata bilməz. Əgər biri digərindən xəbərsiz nəyisə satarsa, digəri ona daha haqlıdır.
Cabir (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qonşu qonşusunun satdığı müştərək şeyin geri qaytarılmasını tələb etməyə daha haqlıdır. Əgər onların (istifadə etdikləri) yol müştərəkdirsə, digər qonşu olmasa da onu gözləmək lazımdır»[1].
Əbu Rafi (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qonşu ortaq olduğu mala (ondan xəbərsiz aparılan alqı-satqını ləğv etməyə) daha haqlıdır»[2].