Hansı hallarda şəriklərdən birinin haqqının qaytarılması baş verə bilər?

    31.03.2015

Cabir ibn Abdullah (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) bölünməyən hər bir şeydə ikinci şərikin payının qaytarılmasına hökm verirdi. Pay bölünüb, yollar ayrıldıqdan (hər kəsin payı təyin edildikdən) sonra pay qaytarmaq yoxdur»[1].
Kimin bir torpaqda, hasarda, evdə və ya hər hansı yerdə şəriki varsa şərikindən icazə almamış onu satmasın. Əgər şərikinə deməmiş satarsa, satılan şeyin qərarı şərikdən asılıdır.
Cabir (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kimin (şərikli) xurma ağacı və ya torpağı varsa şərikindən icazə almamış onu satmasın»[2].
Əbu Rafi (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Şərik ortaq olduğu mala (ondan xəbərsiz aparılan alqı-satqını ləğv etməyə) daha haqlıdır»[3].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2028. Buxari: 4/ 436/ № 2257. Rəvayətin bu mətni onundur. Əbu Davud: 9/ 425/ № 3497. İbn Macə: 2/ 835/ № 2499. Tirmizi: 2/ 413/ № 1382. Onun rəvayətində ilk cümlə qeyd olunmur.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2021. İbn Macə: 2/ 833/ № 2492. Nəsai: 7/ 319.
[3] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2027. İbn Macə: 2/ 834/ № 2498.