Qeyri İslami dinə and içənin hökmü

    31.03.2015

Sabit ibn Dəhhak (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim yalançı halda qəsdən qeyri İslami dinə and içərsə, o, özünün dediyi kimidir[2]»[3].
Abdullah ibn Bureydə atasından Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim and içərkən: "Mən İslamdan imtina edirəm" – deyərsə, andında yalançıdırsa, o, özünün dediyi kimidir. Yox əgər andında sadiq olarsa İslam ona salamat qayıtmaz»[4].

 
[1] Məsələn, "əgər mən bunu etsəm onda mən yahudiyəm, yaxud xaçpərəstəm və s." – demək. (tər.)
[2] Alimlər Peyğəmbərin s.a.v. bu sözünü bir neçə mənada başa düşmüşlər. Bir qism alim deyir ki, burada məqsəd həmin adamın kafir olması deyil. Məqsəd, onu belə anddan çəkindirməkdir. Yəni, kim belə and içərsə o zaman and içdiyi insanların əzabı kimi bir əzab dadar. Necə ki, "kim namazı tərk edərsə küfr edər" – hədisində də bu məna vardır. Yəni, kim namazı tərk edərsə, kafirlərin daddığı əzabdan o da dadar. Digər alimlər isə deyirlər ki, əgər belə and sahibi dediyini (İslamdan imtina edərək) etiqadla deyərsə o zaman kafir olar. (tər.)
[3] Müslim: 1/ 105/ № 110. Rəvayətin mətni onundur. Buxari: 11/ 537/ № 6652. Əbu Davud: 9/ 83/ № 3240. Tirmizi: 3/ 50/ № 1583. Nəsai: 7/ 6. İbn Macə: 1/ 678/ № 2098.
[4] Hədis səhihdir. əl-İrva: № 2576. Əbu Davud: 9/ 85/ № 3241. Nəsai: 7/ 6. İbn Macə: 1/ 679/ № 2100.