Bir insan üçün Allaha and verilərsə, razı qalsın

    31.03.2015

İbn Ömər (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) bir kişinin öz atasına and içdiyini eşitdi və dedi: «Ata-babanıza and içməyin. Kim Allaha and içərsə sadiq olsun. Kimin üçün Allaha and verilərsə razı qalsın. Kim Allahın adı çəkiləndə razı qalmazsa, Allaha yaxın olan bəndələrdən deyildir»[1].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Məryəm oğlu İsa bir kişinin oğurluq etdiyini gördü və dedi: Sən oğurluq etdinmi? Kişi dedi: Özündən başqa haqq ilah olmayan Allaha and olsun ki, xeyr. İsa dedi: Allaha inanır, gözümü isə yalançı sayıram»[2].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1708. İbn Macə: 1/ 679/ № 2101.
[2] Buxari: 6/ 478/ № 3444. Müslim: 4/ 1838/ № 2368. Nəsai: 8/ 249. İbn Macə: 1/ 679/ № 2102.