Andı üzərində israrlı olmağın qadağan olunması

    31.03.2015

Uca Allah buyurur: «Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq barəsindəki andlarınıza Allahı (Allahın adını) hədəf (dəstavüz) etməyin! Allah eşidəndir, biləndir!»[1]
İbn Abbas (A.R.O.) demişdir: «Allaha and içməyin, səni xeyirli işlərdən məhrum etməsin. Belə halda andının kəffarəsini ver və xeyirli işi gör»[2].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Allaha and olsun, biriniz ailəsilə bağlı (onlara zərər verən bir işə) and içib bu andını, Allahın fərz buyurduğu kəffarəni verərək pozmadan evinə qayıdarsa, daha çox günah qazanar»[3].

 
[1] əl-Bəqərə: 224.
[2] Təfsir İbn Kəsir: 1/ 266.
[3] Buxari: 11/ 517/ № 2625. Müslim: 3/ 1276/ № 1655.