And içərkən istisna etmək

    31.03.2015

Kim and içərkən "inşəllah" deyərsə, o artıq istisna etmişdir və pozduğu anda görə kəffarə vermir.
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Allahın peyğəmbəri Süleyman ibn Davud (Əleyhis səlam) bir dəfə belə demişdi: Bu gecə yetmiş qadının yanına daxil olacam və onların hər biri Allah yolunda döyüşkən oğlan övladına hamilə qalacaqlar. Yanında olan dostu və ya mələk ona dedi:  İnşəllah de! Amma Selyman (Əleyhis səlam) bunu deməyi unutdu və qadınlarının heç biri də hamilə qalmadı. Yalnız bir qadını hamilə qaldı və o da yarımçıq uşaq gətirdi». Sonra Peyğəmbər (S.A.V.) dedi: «Əgər o, "inşəllah" desəydi, istədiyinə nail olar və bununla ehtiyaclarını qarşılayardı»[1].
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim and içib istisna edərsə (inşəllah deyərsə), istəsə andından qayıdar, yaxud tərk etdiyi anda görə kəffarə verməz»[2].

 
[1] Müslim: 3/ 1275/ № 1654. Rəvayətin mətni ona məxsusdur. Buxari: 11/ 534/ № 6639. Nəsai: 7/ 25.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1711. İbn Macə: 1/ 680/ № 2105. Əbu Davud: 9/ 88/ № 3245. Nəsai: 7/ 12.