Doğrudan içilən and və hökmü
Doğrudan içilən and, andiçənin hansısa işi görmək və ya tərk etmək üçün qəsdən söylədiyi və təkid etdiyi anddır.
Əgər o andına sadiq çıxarsa boynuna heç bir məsuliyyət düşmür. Yox əgər andını pozarsa kəffarə verməlidir. Uca Allah buyurur: «...lakin qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan və ya qəsdən içib yerinə yetirmədiyiniz andlara, pis niyyətlərə) görə sizi cəzalandıracaqdır...»[1].
Digər ayədə isə belə buyurulur: «...lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar...»[2].