Andını unudaraq və ya səhvən pozan, kəffarə vermir
Kim bir şeyi etməyəcəyinə and içər, sonra unudaraq və ya səhvən onu edərsə buna görə kəffarə vermir.
Uca Allah buyurur: «...Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!...»[1]. Hədislərin birində deyilir ki, uca Allah buna cavab olaraq: "Bəli (cəzalandıran deyiləm)" – demişdir[2].