Andlar niyyətlərdən asılıdır

    31.03.2015

Ömər ibn əl-Xəttab (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: : «Həqiqətən, əməllər niyətlərə görədir»[1]. Kim bir şeyə and içib, nəzərində başqasını güdərsə hökm onun sözündən deyil, niyyətindən asılıdır.
Suveyd ibn Hənzələ deyir ki, biz Peyğəmbərin (S.A.V.) yanına getmək üçün yola düşdük. Vail ibn Hucr (A.R.O.) də bizimlə idi. Düşməni ona hücum çəkdi. İnsanlar, "o, bizim qardaşımızdır" – deyib and içməkdən çəkindilər. Amma mən, onun qardaşım olduğuna and içdim və onlar onu azad etdilər. Biz Peyğəmbərin (S.A.V.) yanına gəldik və mən ona dedim: Camaat and içməkdən çəkindi. Mən isə onun qardaşım olduğuna and içdim. Peyğəmbər (S.A.V.) dedi: «Sən doğru demisən. Müsəlman, müsəlmanın qardaşıdır»[2]. Əgər kimsə ona and verilmədən, and içərsə, andı onun öz niyyətindən asılıdır. Amma ona and versələr, o zaman andı, onu tələb edənin dediyinə uyğun olmalıdır[3].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «And, andverənin niyyətinə görə olmalıdır»[4].
O, digər hədisdə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət etmişdir: «Sənin andın, andverənin niyyətinə görə olmalıdır»[5].

 
[1] Buxari: 1/ 9/ 1. Müslim: 3/ 1515/ 1907. Əbu Davud: 6/ 284/ 2186. Tirmizi: 3/ 100/ 1698.İbn Macə: 2/ 1413/ 4227. Nəsai: 1/ 59.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1722. İbn Macə: 1/ 685/ № 2119. Əbu Davud: 9/ 82/ № 3239.
[3] Yəni, bir nəfər özü ibtidaən "bu mənim qardaşımdır!" – sözlərinə and içərsə, bu halda o özünün niyyətinə görə and içir. Digər hal isə belədir: bir nəfərə, "And iç ki, filankəs sənin doğma qardaşındır" – deyib and versələr,  bu halda andiçən andverənin dediyinə uyğun and içməlidir. (tər.)
[4] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1723. İbn Macə: 1/ 685/ № 2120. Müslim: 73/ 1274/ № 1653.
[5] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1724. Müslim: 3/ 1274/ № 1653. İbn Macə: 1/ 686/ № 2121. Əbu Davud: 9/ 80/ № 3238. Tirmizi: 2/ 404/ № 1365.