Namazda dünyasını dəyişən şəxs Cənnətə düşürmü?

    30.04.2015
Kimdən: 
OMAR İBNUL XATTAB
Sual: 
Əs Sələmu Aleykum Və Rəhmətullahi Və Bərəkatuhu Namaz əsnasında bir insan (gunahi cox olan biri) vəfat edərsə Cənnətə nail olurmu? Cunki bu barədə esidmisem
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bunu dəqiq demək mümkün deyil. Ümumən yaxşı əməl edərək ölmək yaxşı sonluğun əlamətlərindən hesab olunur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim Allahın razılığını qazanmaq üçün "lə iləhə illəllah" deyərsə və bu onun son əməli olarsa, Cənnətə girər. Kim sədəqə verərsə və bu onun son əməli olarsa, Cənnətə girər". (İmam Əhməd, 22813).

Teqlər: 
Paylaş: