Nevroz, həyəcan və ölümdən çox qorxmaq barədə
Aleykum salam. Tibb elmində buna müxtəlif adlar verilsə də, bu hal şeytanın vəsvəsəsi ilə bağlıdır. Gün ərzində çoxlu Quran dinləmək, bildiyiniz surələri bərkdən oxumaq, namaz qılmaq, Allahı çoxlu zikr etmək və digər şeylər vasitəsilə Allahın izni ilə keçib gedə bilər. Həmçinin ruqyə etdirə bilərsiniz. Daha ətraflı: Vəsvəsədən necə qorunmaq olar?
Ölümdən bu dərəcədə qorxmaq yox, ölümə hazırlaşmaq və çoxlu xeyirli əməllər etmək lazımdır. Bu kimi hallar ölümün yaxınlaşmasının əlaməti deyil. Uca Allah Quranda ölümün əvvəlcədən təyin edilmiş bir yazı olduğunu xəbər vermişdir: "Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür". (Ali-İmran, 145).
"Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!" (əl-Əraf, 34).