Məsciddə iş görmək və işə aid danışmaq olarmı?

    02.05.2015
Kimdən: 
orxan
Sual: 
salamaleykum.məsçitdə işləmək olarmi.və işə ayıd danışlqlar aparmaq olarml?
Cavab: 

Aleykum salam. Həddi aşmamaq və başqalarına mane olmamaq şərtilə bunları etmək olar, amma məscidə gəldikdə dünya söhbətlərini tərk edib ibadətlə məşğul olmaq daha fəzilətlidir. Əksər səhabələr məscidə gəldikdən sonra Quran oxuyar, dua, zikr edər, yaxud nafilə namazları qılardılar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Məscidlərdən yol kimi deyil, yalnız zikr və namaz üçün istifadə edin". (ət-Tabərani: "Silsilətul-Əhədis əs-Sahihə", 1001 və "Sahihu-t-Tərğib", 295).
"Hər kəs məscidə nə məqsədlə getsə, o da ona nəsib olar". (Əbu Dəvud: "Sahihu-l-Cəəmi' əsəri", 5936).
"Axır zamanda elə bir camaat olacaq ki, məscidlərdə dövrə vurub oturacaqlar, imamları da dünya olacaq (söhbətləri yalnız dünya barədə olacaq)". (İbn Məcəh; ət-Tabərani: "Silsilətul-Əhadisis-Sahihə", 1163).
"Sizi bazarlarda olduğu kimi (məsciddə) səs-küy salmaqdan çəkindirirəm". (Muslim).
"Məsciddə alver edən görsəniz, deyin: "Allah sənin alverinə qazanc (bərəkət) verməsin!". (ət-Tirmizi).
"Kim məsciddə itmiş heyvanı axtaran bir kimsə görsə, qoy desin: "Allah onu sənə qaytarmasın! Axı məscidlər bundan ötrü tikilməyib". (Muslim).

Teqlər: 
Paylaş: