Saytınızdakı namaz forması hansı təriqətə mənsubdur?

    16.01.2014
Sual: 
Salam aleykum. Sizin namaz bolmenizdeki namaz qilmaq qaydasini oxudum. İndi bilmek isteyrem ki, o namaz shie namazidir, yoxsa sunni? Menim anladigima gore sunni namazidir. Amma tam emin olmaq isteyirem.
Cavab: 

Aleykum salam. Əvvala unutmamalıyıq ki, islamda məzəhəbçilik, təriqətçilik və ya təfriqəçilik mövcud deyi. Allah Təala buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!" (Ali İmran, 103).
"(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33).

Saytımızdakı namazın formasına gəldikdə isə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) qıldığı namaz formasıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhabələrinə (Allah onlardan razı olsun) belə buyurub: "…Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!" (əl-Buxari, 631; Muslim, 1533).

Teqlər: 
Paylaş: