Bir neçə qadınla telefonda danışmaq

    17.01.2014
Sual: 
Salam aleykum. Meni bele bir sual cox narahat edir. Mence meni kimi insanlar choxdur. Men tek olmadigimi bilirem. Men uch (3) qiz ile danishiram. Uchunu de chox isteyirem. Mene ele gelir ki, uchunu (3) de sevirem. Chox qerarsizam. Bilirem ki, her shey Allahin yazdigi kimi olacaq. Men o qizlardan ayrila bilmirem. Deyirem belke hansisa qismetimdir . Uzaqda yashadigim uchun onlarla gorushmurem. Sadece telefon ile danishiram. Men choxlu gunah qazanirammi?
Cavab: 

Aleykum salam. Əlbəttə günahdır və belə etmək şəriətlə icazə verilməyən bir haldır. Siz bu məsələnin üzərində ciddi şəkildə düşünüb götür qoy edin, sonrada məsləhətləşib konkretləşdirib üçündən birini seçin. Qəti qərara gəldikdən sonra el adət ilə elçi göndərib evlənin. Amma belə davam etməyiniz təbii ki, günahdır və düzgün iş deyil. Bu sadəcə boş vaxt keçirtməkdir. Həmçinin Allah Təala bir qəlbdə bir neçə sevgini eyni anda yerləşdirməyib. Uca Allah buyurur: "Allah bir adamın sinəsində (daxilində) iki ürək yaratmamışdır". (əl-Əhzab, 4). 
Həmçinin belə qərarsız halda keçinməyiniz vaxtınızın hədər yerə və boş-boşuna getməsidir. Müsəlman vaxtını dəyərləndirib qiymətləndirməyi bacarmalıdır. Belə bir misal var: "Vaxt qılıncdır. Sən onu kəsməsən, o səni kəsəcək".

Paylaş: