Əri zina edən qadının namazı batildirmi?

    10.05.2015
Sual: 
Mənim ərim başqa qadınlarla zina edir mən də namaz qılıram mənim namazım batildirmi
Cavab: 

Salam aleykum. Zina böyük günahlardandır, tövbə edib bundan çəkinməyənlər həm qəbirdə, həm də axirətdə şiddətli əzab görəcəklər. Daha ətraflı: Zina etmək haqqında
Ərinizə bunları xatırlatmalı, Allahdan qorxaraq tövbə etməyə çağırmalısınız. 
Ərinizin etdiyi günahlar sizin namazınızın qəbul olmasına mane olmur. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz...". (Fatir, 18).
"Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz...". (əl-İsra, 15).
"Kim günah qazanarsa, onu ancaq özünün əleyhinə qazanmış olar. Allah Biləndir, Müdrikdir". (ən-Nisa, 111).

"Heç bir günahkar başqasının günah yükünü daşımaz". (ən-Nəcm, 38).
"Hər bir kəs qazandığının girovuna çevrilir". (əl-Muddəsir, 38).
"...Hər kəs qazandığının girovudur". (ət-Tur, 21).
Həmçinin oxuyun:
Duaların qəbul olması üçün nə edim?
Ərimin zina etməməsi və onu itirməməyim üçün dua varmı?
İslama dəvət necə olmalıdır?

Paylaş: