Ərim cahil olduğu və hicabıma dil uzatdığı üçün ondan boşandım, düz etmişəm?

    10.05.2015
Kimdən: 
Ummu Medine
Sual: 
Essalamun aleykum. Men kecmish erimle yola geedim deye boshandm. yeni boshanma addimini men atdm. o cahil idi hec anlasha bilmirdik. ama meni almamishdan qabaq mene ozunu dindar kimi qeleme vermishdi menimde yashim az idi tez inanmishdim ona ozumde islamda teze idim deye tam olaraq imanli insan nece olur sece bilmrdm. ama ozune demishdim men imanli insana ere gederem bu da buna gore mene yalandan deyib imanliyam sora bunu ozu mene etiraf elediki sen mene ere gelesen deye bashqa cur deye bilmedm. ne ise qebul eledim ama sonralar hicabima dil uzatmaga bashladilar ve get gede de gordum imanim azalir yeni hicabimi acacaq dereceye catmishdim buna gore boshanmagi secdm. menim imanim biraz zeifdi cahil insanlarindan pis tesirine doze bilmrem ona gore evveldende imanli insanla aile qurmaq isteyrdimki mene dinimde destek olsun. bu da olmadi lap geriye gedirdim ona gore ozum boshandm. indi men gunah elemishem? yeni boshanmaga addimi men atdigim ucun.?
Cavab: 

Aleykum salam. Əvvəlcə qeyd edək ki, ciddi səbəb olmadan qadının ərindən boşanma tələb etməsi qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar". (İbn Məcəh: № 1672; Əbu Dəvud: 6/308, №: 2209; ət-Tirmizi: 2/329, №: 1199).
"Səbəbsiz olaraq xulu (boşanma tələb) edən qadınlar münafiqlərdir". ("Sahihul-Cəmius-Sağir" əsəri, №: 6681; ət-Tirmizi: 2/329, №: 1198).
Ərin qadının haqlarını verməməsi, daimi olaraq pis rəftar etməsi və s. hallarda qadın boşanma tələb edə bilər. Alimlərə görə sizin halınızda da boşanma tələb etmək olar. Amma bunu etməzdən əvvəl ərinizi namaza, Allahın əmrlərini yerinə yetirməyə dəvət etmək, bunun üçün inad göstərmək və Allaha çoxlu dua etmək lazım idi. Uzun müddət cəhdləriniz nəticə vermədiyi təqdirdə istixarə namazı qılıb, başqaları ilə məsləhətləşib bu addımı atmaq lazım idi. Həmçinin boşanma anında düşünülməsi yaddan çıxan ən vacib məsələlərdən biri də budur ki, qadın ərindən ayrıldıqdan sonra nə edəcəyini götür-qoy etməlidir. Hətta bakirə qızların ailə qurmağa bəzən çətinlik çəkdiyi indiki dövrdə, yenidən ailə qurmaq və ya maddi cəhətdən özünü təmin etmək, təkliyə dözmək və s. məsələlər düşünülməlidir. Allaha dua edirik ki, sizə dünyada və axirətdə xoşbəxtlik nəsib etsin və sizə daha yaxşısını nəsib etsin. Həmçinin oxuyun: İslama dəvət necə olmalıdır?

Teqlər: 
Paylaş: