Hərbi xidmətdən tərxis olduqdan sonra namaz qılmaq doğrudurmu?

    13.05.2015
Kimdən: 
musa
Sual: 
men esgerem oktyabrda texxris olacam ve inwallah namaz qilmaq istiyrem ve tovbe etmek sizce bele etsem olar?? menim adim musa dir musa peygember adidir?
Cavab: 

Salam aleykum. Allaha dua edirik ki, namaz və digər yaxşı əməlləriniz sayəsində sizi Cənnətə daxil etsin. Nəzərə alın ki, namaz qılmaq üçün haradansa qayıtmaq və ya xüsusi şəraitin yaranmasını gözləmək olmaz. Namaz qılmamaq böyük günahdır, Uca Allah hər bir şəraitdə namaz qılmağı əmr etmişdir: "Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!" (əl-Bəqərə, 43).
"Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!" (ən-Nur, 56). Həmçinin oxuyun:
Hərbi xidmətdə namaz qılmağa şərait olmadıqda nə etmək lazımdır?
Hərbiçiyə namaz qılmaq vacibdirmi?

Bəli, Musa,  peyğəmbər adıdır. Musa ibn İmran (aleyhi-s-sələm) Bəni İsrailə göndərilən peyğəmbərlərdən biri olub. Bu sözün mənasın qədim Misirlilərin dili olan ibrani dilində uşaq, bala deməkdir. Musanın ibranicə bir anlamı da sudan çıxarılmış, sudan tapılan, xilas olmuş, sudan gələn, su ilə gələndir. Bu ad və hadisə ilə bağlı daha ətraflı Qurani Kərimin əl-Qasas surəsinin 1-ci ayəsindən 50-ci ayəsinə və əş-Şuəra surəsinin 10-cu ayəsindən 68-ci ayəsinə qədər oxuyun. İlk dəfə bu ad ilə adlanan Musa peyğəmbər olub.

Teqlər: 
Paylaş: