Ən böyük günah edən insanı Allah bağışlayarmı?
Sual:
Salam!En böyuk gunah iwledan adam Allah terefindan baqiwlanilirmi?
Cavab:
Aleykum salam. Günahın böyüklüyündən asılı olmayaraq Uca Allah tövbə edən hər kəsi bağışlayır. Daha ətraflı: Tövbə etsəm, Allah bağışlayarmı?
Tövbə edilməyən halda Uca Allah şirk (Allaha şərik qoşmaq) və küfrdən (Allahı inkar etmək) başqa bütün günahları istəsə bağışlaya bilər. Bu barədə Uca Allah belə buyurur: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur". (ən-Nisa, 48).