Pis işlər görməsi üçün cadu olunan adama günah yazılırmı?

    11.05.2015
Kimdən: 
xanim
Sual: 
Salam.xaiw edirem buna etrafli cavab yazasiz.eger bir adama pis iwler gorsun deye cadu edilerse hemin adam pis iwle mewgul olarsa o gunah kime yazilar?
Cavab: 

Salam aleykum. Bu cür cadu etməyin mümkün olub-olmaması dəqiq bilinmir. Amma ümumən, cadu olunmuş insana şeytanlar vəsvəsə verərək günah işlərə sövq edirlər. Ağlı başında olan hər bir insan etdiyi günahlara görə cavabdehdir. Bu halda həmin insan cadudan qorunmaq üçün şəriətdə bildirilmiş vasitələrdən istifadə etməlidir. Yalnız dəlilik səviyyəsinə çatmış insana günah yazılmır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan (yuxuda olan) oyanana (ayılana) qədər və uşaq həddi büluğa çatana qədər". ("Sahihul-Camius-Sağir", №: 3513; Əbu Davud, 12/78, №: 4380). Həmçinin oxuyun:
Cadudan qorunmaq yolları
Ruqyə nədir?

Teqlər: 
Paylaş: