Hamam və ayaqyolu bir yerdə olarsa, orada dəstəmaz almaq olarmı?
Sual:
Səlam aleykum.bildiyimə görə dəstəmaz və qüsl təmiz yerdə alınmalıdır.yəni ki, ayaqyolunda olmaz. Bəs ayaqyolu və hamam bir yerdə olarsa onda neyləmək lazımdır. Yəni mən əgər hamamda qüsl alanda Allahın adını çəkirəmsə, tualetin də orada,eyni məkanda olması nə dərəcə də düzdür.bu zaman qüsl və dəstəmaz məqbul sayılır?
Cavab:
Aleykum salam. Hamamla ayaqyolu bir yerdədirsə, orada qüsl və dəstəmaz almaq olar. Bu barədə alimlər demişlər: "Hamamda olanda həmin kəs öz qəlbində "Bismilləh" deməli və bunu uca səslə söyləməməlidir. Ümumən, bu məsələdə daha doğru rəy budur ki, "bismilləh" söyləmək vacib deyil, müstəhəb (bəyənilən) bir əməldir" (Fətəva əl-İsləmiyyə, fəsil 1, səh: 219).