Nəzirin icazəli olması
Tərifi: Nəzir sözünün kökü "əl-İnzar" sözüdür. Bu söz ərəb dilində, xəbərdarlıq etmək, qorxutmaq mənasını verir.
Şəriət istilahında isə, hansısa işin baş verməsinə görə vacib olmayan bir şeyi özünə vacib etməkdir.
Uca Allah buyurur: «(Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir, lakin...»[1].
Digər ayədə isə belə buyurur: «Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və qədim evi (Kəbəni) təvaf etsinlər!»[2]
Uca Allah başqa bir ayədə nəzir edib nəzirini yerinə yetirənləri mədh edərək demişdir: «Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, etdikləri nəziri yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar»[3].
Aişə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim Allaha itaət etməyi nəzir edibsə itaət etsin. Kim Allaha asi olmağı nəzir edibsə, asi olmasın»[4].