Nədənsə asılı nəzir etməyin qadağan olunması

    10.04.2015

Abdullah ibn Ömər (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) nəzir etməyi qadağan etmiş və demişdir: «Nəzir heç nəyi dəyişmir. Sadəcə olaraq onunla paxıldan mal çıxarılır»[2].
Səid ibn əl-Haris, İbn Ömərdən (A.R.O.) belə eşitdiyini deyir: «Məgər onlara nəzir etmək qadağan olunmayıb? Həqiqətən Peyğəmbər (S.A.V.) demişdir: Nəzir heç nəyi dəyişmir. Sadəcə olaraq nəzirlə paxıldan mal çıxarılır»[3].

 
[1] Məsələn, kimsə deyir ki, əgər oğlum bu il evlənərsə bu qədər sədəqə edəcəyəm və s. bu kimi nəzirlər asılı, yəni hansısa işdən asılı nəzir sayılır. (tər.)
[2] Buxari: 11/ 576/ № 6693. Müslim: 3/ 260/ № 1639. Əbu Davud: 9/ 109/ № 3263. Nəsai: 7/ 16.
[3] Buxari: 11/ 575/ № 6692. Müslim: 3/ 261/ № 1639. Əbu Davud: 9/ 109/ № 3263. Nəsai: 7/ 16. Onun rəvayətində İbn Ömərin öz sözü yoxdur.