Hansı hallarda nəzir doğru və ya qeyri məqbul sayılır?

    10.04.2015

Allaha yaxınlaşmaq üçün deyilən nəzir doğru və məqbul sayılır, onu vermək vacibdir. Aişənin: «Kim Allaha itaət etməyi nəzir edibsə itaət etsin!» – hədisi, buna dəlalət edir.
Asilik üçün edilmiş nəzir məqbul sayılmır. Amma buna görə and kəffarəsi vermək vacibdir.
Aişə (A.R.O.), Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Asilik üçün edilən nəzir məqbul sayılmır. Belə nəzirin kəffarəsi andın kəffarəsi kimidir»[1].
Mübah işlər üçün edilən nəzirlər sayılmır və buna görə kəffarə də yoxdur.Buna, piyada həcc etməyi, yaxud günəşin altında dayanmağı və s. bu kimi işləri nəzir deməyi misal olaraq göstərmək olar.
Əbu Hureyrə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) bir kişinin oğlanlarına dirsəklənərək onların köməyi ilə çətinliklə getdiyini gördü və soruşdu: Ona nə olub? Oğlanları dedilər: Ey Allahın elçisi, onun nəziri var. Peyğəmbər (S.A.V.) dedi: «Ey qoca, miniyinə min. Allahın sənə və sənin nəzirinə ehtiyacı yoxdur»[2].
İbn Abbas (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) Məkkədə, günəşin altında dayanmış bir kişi ilə qarşılaşdı və dedi: Bu nədir? Orada olanlar dedilər: O, oruc tutub gecəyə qədər kölgədə dayanmayacağını, danışmayacağını və oturmayacağını nəzir edib. Peyğəmbər (S.A.V.) dedi: Ona deyin, "qoy danışsın, kölgədə dursun, otursun və orucunu davam etsin"[3].

 
[1] Hədis səhihdir. əl-İrva: № 2590. Əbu Davud: 9/ 115/ № 3267. Tirmizi: 3/ 40/ № 1562. Nəsai: 7/ 26. İbn Macə: 1/ 686/ № 2125.
[2] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 1005. Müslim: 3/ 1264/ № 1643.
[3] Hədis səhihdir. əl-İrva: № 2591. Buxari: 4/ 276. Əbu Davud: № 3300.