Nəcasətlə qidalanan (Cəllalə) heyvanın haram edilməsi
Şəriət terminologiyasına görə "Cəllalə", qidasının əksər hissəsi nəcasət olan heyvandır.
Belə heyvanı yemək, südünü içmək və minmək haramdır.
İbn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) nəcasətlə qidalanan (cəllalə) heyvanın ətini yeməyi və südünü içməyi qadağan etmişdir»[1].
Digər hədisdə İbn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) nəcasətlə qidalanan (cəllalə) dəvənin minilməsini və ya südünün içilməsini qadağan etmişdir»[2].