Heyvanı kəsərkən qibləyə tərəf tutmaq

    10.04.2015

Heyvanı kəsərkən onu qibləyə tutaraq Peyğəmbərin (S.A.V.) aşağıdakı hədisdə dediklərini təkrarlamaq müstəhəbdir.
Cabir ibn Abdullah deyir ki, «Peyğəmbər (S.A.V.) qurban bayramı günü iki baş buynuzlu, ağ və axta qoçu qibləyə tərəf yönəldib kəsmək istəyərkən belə dedi:
وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَوَاتِ وَاْلأَرْضَ علَى مِلَّةِ إبْرَاهِيمَ حَنِيفًا وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ ، إِنَّ صَلاَتِي ، وَنُسُكِي ، وَمَحْيَايَ ، وَمَمَاتِي للهِ رَبِّ الْعَالَمِينَ ، لاَ شَرِيكَ لَهُ وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا مِنَ الْمُسْلِمِينَ. اللَّهُمَّ مِنكَ وَ لَكَ عَنْ مُحَمَّد وَ أمَّتِهِ, بِسْمِ الله و الله أكْبَر ثم ذَبَحَ.
«Vaccəhtu vachiyə lilləzi fətara-s-səməvati va-l-ardı alə milləti İbrahimə hənifən va mə ənə minə-l-muşrikin, innə saləti, va nusuki, va məhyəyə, va məməti lilləhi rabbi-l-aləmin, lə şərikə ləhu va bizəlikə umirtu va ənə minə-l-muslimin. Allahummə minkə və ləkə an Muhammədin və ummətihi (bu məqamda insan öz adını və ya istədiklərinin adını çəkə bilər) bismilləhi və-llahu Əkbər»
«Üzümü səmaların və yerin Yaradanına çevirdim. Mən İbrahimin Hənif dinindəyəm və Ona şərik qoşan­lardan deyiləm. Namazım, ibadə­tim, həyatım, ölümüm, aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Bunlar mənə əmr olundu və mən müsəlmanlardanam. Allahım bunu Sən vermisən, Muhəmməd və ümməti adından bunu Sənin üçün kəsirəm. "Bismilləhi və-llahu Əkbər" Allahın adı ilə kəsirəm, doğrudan da Allah böyükdür». Budan sonra heyvanı kəsdi.[1]

 
[1] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2425. Əbu Davud: 7/ 496/ № 2778.