Ov ovlamaq

    10.04.2015

Uca Allah buyurur: «İhramdan çıxdığınız zaman (istəsəniz) ov edin...»[1].
Digər ayədə deyilir: «(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (təlim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismillah, Allahu-əkbər deyin)...»[2].
Dənizdə və quruda yaşayan heyvanları ovlamaq daim halaldır. Yalnız ihramda olarkən quruda yaşayan heyvanları ovlamaq olmaz.
Uca Allah buyurur: «Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ihramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu...»[3].

 
[1] əl-Maidə: 2.
[2] əl-Maidə: 4.
[3] əl-Maidə: 96.