Öyrədilməmiş itlə ov ovlamaq

    10.04.2015

Öyrədilməmiş itin ovladığı heyvan halal sayılmır. Yalnız əgər onun ovladığı heyvan sağ olarsa kəsildikdən sonra halal olar.
Əbu Sə`ləbə əl-Xuşəni deyir ki, mən dedim: Ey Allahın peyğəmbəri, biz kitab əhli olan bir yerdə yaşayırıq. Onların qablarında yemək yeyəkmi? Həmçinin ov olan yerdə oxum və öyrədilmiş və öyrədilməmiş itimlə ov ovlayıram. Hansını yeyə bilərəm? Peyğəmbər (S.A.V.) dedi: «Kitab əhli haqqında dediklərinə gəlincə, əgər istifadə etməyə başqa qab tapa bilsəniz onların qablarından istifadə etməyin. Əgər başqasını tapa bilməsəniz onda onların qablarını yuyun və istifadə edin. Bismilləh deyib oxunla ovladığın heyvanı ye. Həmçinin bismilləh deyib öyrədilmiş itinlə ovladığını da ye. Öyrədilməmiş itinlə ovladığın heyvanı sağ görsən kəs ye»[1].

 
[1] Buxari: 9/ 604/ № 5478. Müslim: 3/ 1532/ № 1930. İbn Macə: 2/ 1069/ № 3207. Nəsai: 7/ 81. Onun rəvayətində "Əhli Kitab" haqqında qeyd olunmur.