Suya düşmüş ov

    10.04.2015

Əgər ovlanmış heyvan suya düşərsə onun yeyilməsi haramdır[1]. Peyğəmbər (S.A.V.) Ədiy ibn Hatimə demişdir ki, «oxunu atarkən bismilləh de. Əgər gəlib ovun öldüyünü görsən ye. Yalnız əgər onun suya düşdüyünü görsən onda yemə. Çünki sən bilmirsən onu su öldürüb, yoxsa sənin oxun»[2].
 
Ovunu iki və ya üç gündən sonra tapan:
Kim ov ovlayıb, ovunu iki və ya üç günlük itirər sonra taparsa əgər iylənməyibsə onu yeyə bilər. Ədiy ibn Hatim Peyğəmbərin (S.A.V.) ona belə dediyini nəql edir: «Əgər sən vuruduğun ovu bir və ya iki gündən sonra tapsan, ovun üzərində sənin silahından başqasının əlaməti yoxdursa ovunu ye»[3].
Əbu Sələbə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Əgər ovunu vursan, sonra onu itirib yenidən tapsan, əgər iylənməyibsə ye»[4].

 
[1] Əgər ovlanmış heyvan ölmədən onu sudan çıxararsa kəsib yeyə bilər. (tərc.)
[2] Hədis səhihdir. əl-İrva: № 2556. Müslim: 3/ 1531/ № 1929.
[3] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 1239. Buxari: 9/ 610/ № 5484.
[4] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 1242. Müslim: 3/ 1532/ № 1931.