Əqiq

    10.04.2015

Tərifi: əqiq, insanın övladı olduğu üçün kəsdiyi heyvandır.
Hökmü: Övladı olan insanın əqiq kəsməsi vacibdir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun kəsilməlidir.
Salman ibn Amir əd-Dabbi (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Doğulmuş uşaq ilə "əqiq" vardır. Onun əvəzinə qan axıdın və ona əziyyət verən şeyləri təmizləyin»[1].
Aişə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) bizə oğlan uşağının əvəzinə iki, qız uşağının əvəzinə isə bir qoyun kəsməyi əmr etmişdir»[2].
Həsən ibn Səmurə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Doğulmuş hər bir uşaq "əqiq"i ilə bağlıdır. Yeddinci günü "əqiq"i kəsilib, saçı qırxılır və adı qoyulur»[3].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2563. Buxari: 9/ 590/ № 5472. Əbu Davud: 8/ 41/ № 2822. Tirmizi: 3/ 35/ № 1551. Nəsai: 7/ 164.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2561. İbn Macə: 2/ 1056/ № 3163. Tirmizi: 3/ 35/ № 1549.
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2563. İbn Macə: 2/ 1056/ № 3165. Əbu Davud: 8/ 38/ № 2821. Tirmizi: 3/ 38/ № 1559. Nəsai: 7/ 166.