Əqiq nə vaxt kəsilir
Sünnəyə görə "əqiq" uşağın doğumunun yeddinci günündə kəsilməlidir. Əgər bu vaxt kəsməyə imkan olmasa o zaman on dördüncü günündə, bu vaxt da imkan olmasa onda iyirmi birinci günündə kəsilməlidir.
Bureydə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Əqiq uşağın yeddinci, yaxud on dördüncü, ya da iyirmi birinci günündə kəsilir»[1].
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 4132. Beyhəqi: 9/ 303.