Təzə doğulmuş uşaq üçün nə etmək müstəhəbdir
1. Barmağın ucuna xurma və ya başqa oxşar qida qoyub uşağın ağzına sürtmək (ərəb. Təhnik): Əbu Musa (A.R.O.) deyir ki, «mənim oğlum doğulmuşdu. Onu götürüb Peyğəmbərin (S.A.V.) yanına gətirdim. O, uşağı İbrahim adlandırdı. Sonra barmağının ucuna xurma qoyub uşağın ağzına sürtdü və onun üçün dua edib Allahdan bərəkət istədi və sonra uşağı mənə qaytardı». Bu uşaq Əbu Musanın böyük uşağı idi[1].
2. Doğumunun yeddinci günündə başını qırxıb saçı ağırlığında gümüş sədəqə etmək:
Həsən ibn Səmurə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Doğulmuş hər bir uşaq "əqiq"i ilə bağlıdır. Yeddinci günü "əqiq"i kəsilib, saçı qırxılır və adı qoyulur»[2].
Əbu Rafi deyir (A.R.O.) ki, Fatimə (A.R.O.) Həsəni dünyaya gətirəndə Peyğəmbər (S.A.V.) ona dedi: «Onun başını qırx və kasıblara saçı ağırlığında gümüş sədəqə ver»[3].
3. Doğumunun yeddinci günündə sünnət etmək:
Demək, Təbərani "əl-Mucəm əs-Səğir" adlı kitabında[4] Cabirdən (A.R.O.) rəvayət edir ki, «Peyğəmbər (S.A.V.) Həsən və Hüseynin əqiqini kəsdi və yeddinci günlərində onları sünnət etdi».
Həmçinin Təbərani "əl-Mucəm əl-Əvsat"[5] kitabında[6] İbn Abbasdan (A.R.O.) rəvayət edir ki, «uşaq doğularkən onun yeddinci günündə yeddi şeyi etmək sünnədəndir: Ad qoymaq, sünnət etmək, ona narahatçılıq verən şeyləri təmizləmək, (qızdırsa) qulağını deşmək, əqiqini kəsmək, saçını kəsmək, əqiqinin qanına batırmaq, qırxılmış saçının miqdarında qızıl və ya gümüş sədəqə vermək».
*Bir şeyi demək yerinə düşərdi ki, uşağı kəsilmiş geyvanın qanına batırmaq xüsusi olaraq qadağan edilmişdir.