Vəsiyyətin başlığında nə yazılmalıdır?

    10.04.2015

Ənəs (A.R.O.) deyir ki, onlar vəsiyyətlərinin başlığında bu sözləri yazardılar:
«Mərhəmətli və Rəhmli Allahın adı ilə. Bu, Allahdan başqa ibadətə layiq məbudun olmadığına, Onun tək olduğuna və heç bir şəriki olmadığına şahidlik edən, həmçinin Muhəmmədin Allahın qulu və elçisi olduğuna şahidlik edən, qiyamətin də haqq olduğuna iman gətirən və Allahın qəbirlərdə olanları dirildəcəyinə inanan, filankəs filankəs oğlunun etdiyi vəsiyyətdir.
Həmçinin onlar, sağ qalan ailə üzvlərinə vəsiyyət edərdilər ki, Allahdan qorxsunlar, qohumluq əlaqələrini saxlasınlar. Mömin olduqları təqdirdə Allaha və rəsuluna itaət etsinlər. Onlara İbrahimin və Yaqubun öz övladlarına etdiyi tövsiyəni də edərdilər: “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz![1]”»[2].

 
[1] əl-Bəqərə: 132.
[2] Hədis səhihdir. əl-İrva: № 1647. Darəqutni: 4/ 154/ № 16. Beyhəqi: 6/ 287.