Vəsiyyətin icrası nə zaman başlayır

    10.04.2015

Vəsiyyət yalnız vəsiyyət edən insanın ölümündən sonra, onun borcları ödəndikdən sonra  icra edilə bilər. Əgər vəsiyyət sahibinin qoyub getdiyi mal-dövlət onun borclarına xərclənərsə vəsiyyət edilən insana heç bir pay düşmür.
Əli (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) vəsiyyətin icrasından əvvəl, vəsiyyət sahibinin börcunun ödənilməsini tələb edərdi. Siz bu hökmü Quranın bu ayəsində oxuyursunuz: «...Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır...[1]»[2].

 
[1] Nisa: 11.
[2] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 2195. əl-İrva: № 1667. İbn Macə: 2/ 906/ № 2715. Tirmizi: 3/ 294/ № 2205.