Miras verilən kimsələr

    10.04.2015

Miras, üç qrup insanlara verilir: Payı təyin edilmiş insanlara, qohumluq əlaqəsi olanlara və uzaq qohumlara.
Allahın kitabında təyin olunan paylar altıdır: Yarı, dörddə bir, səkkizdə bir, üçdə iki, üçdə bir və altıda bir.
Mirasın yarısı altı qrup insanın payıdır:
1. Arvadının övladı olmayan ər:
Uca Allah buyurur: «(Ey kişilər!)Əgər (Vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, ... qoyub getdikləri malın yarısı sizindir...»[1].
2. Qız:
Uca Allah buyurur: «...Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur...»[2].
3. Oğulun qızı:
Çünki, alimlərin yekdil rəyinə əsasən oğulun qızı, insanın öz qızı yerindədir.
İbn əl-Munzir[3] deyir: Alimlərin yekdil rəyinə əsasən əgər ölən insanın doğma övladı yoxdursa, o zaman oğulun oğlanları və qızları, oğul və qız yerindədir. Kişilər kişilərin, qadınlar isə qadınların yerini əvəz edir.
4-5. Doğma və atadan bir olan bacı:
Uca Allah buyurur: «Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır...»[4].

 
[1] ən-Nisa: 12.
[2] ən-Nisa: 11.
[3] əl-İcma kitabı: səh. 79.
[4] ən-Nisa: 176.