Qadın vərəsələr
Qadın vərəsələr yeddi qismdir:
1, 2. Qız, oğulun qızı və s. ata tərəfdən olanlar.
Uca Allah buyurur: «Allah övladlarınız haqqında sizə tövsiyə buyurur...»[1].
3, 4. Ana və nənə.
Uca Allah buyurur: «...vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir...»[2].
5. Bacı.
Uca Allah buyurur: «Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır...»[3].
6. Arvad.
Uca Allah buyurur: «...qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür...»[4].
7. Azad olunmuş qadın kölə.
Peyğəmbər (S.A.V.) demişdir: «Köləni azad edən, onun varisi sayılır»[5].