Kişi vərəsələr
Kişi vərəsələr on qismdir:
1, 2. Oğul, oğulun oğulu və s.
Uca Allah buyurur: «Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür...»[1].
3, 4. Ata, atanın atası (baba) və s.
Uca Allah buyurur: «...vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir...»[2]. Baba da ata sayılır. Ona görə Peyğəmbər (S.A.V.) deyərdi: «Mən, Əbdülmüttalibin oğluyam»[3].
5, 6. Qardaş, onun oğlu və s.
Uca Allah buyurur: «Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir...»[4].
7, 8. Əmi, əmioğlu və s.
Peyğəmbər (S.A.V.) demişdir: «Vərəsə haqlarını öz sahiblərinə çatdırın. Artıq nə qalarsa o, birinci kişiyə verilməlidir»[5].
9. Ər.
Uca Allah buyurur: «(Ey kişilər! Vəfat etmiş) arvadlarınızın ... qoyub getdikləri malın yarısı sizindir...»[6].
10. Azad olunmuş kölə:
Peyğəmbər (S.A.V.) demişdir: «Köləni azad edən, onun varisi sayılır[7]»[8].
Təbii ki, bu bir iftiradır, boş iddiadır. Biz şəriət sahibinin təşviqedici sözlərində və müxtəlif şərii əhkamlarında kölələrin azad edilməsini qanun etməsini görürük. Hal-hazırdakı mövzumuzda da bunu bir daha görürük. Gördüyünüz kimi Peyğəmbər s.a.v. köləni azad edən kimsənin onun varisi olduğunu qeyd etmişdir. Bu bir daha sübut edir ki, şəriətimiz bizə lazım olan məqamda mərhəmətli, lazım olanda isə tələbkar olmağı tərbiyə etməkdədir. (tərc.)