Vərəsəliyə mane olan amillər

    10.04.2015

 

  1. Qətl: Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qatil insana miras payı düşmür»[1].
  2. Din ayrılığı: Usamə ibn Zeyd (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kafirdən müsəlmana, müsəlmandan da kafirə miras payı düşmür»[2].
  3. Köləlik: Çünki kölə və onun sahib olduğu mal-dövlət onun ağasında məxsusdur. Əgər kölənin yaxını ona miras payı verərsə həmin pay köləyə deyil, onun ağasına çatır.
 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 4436. əl-İrva: № 1672. Tirmizi: 3/ 288/ № 2192. İbn Macə: 2/ 883/ № 2645.
[2] Buxari: 12/ 50/ № 6764. Müslim: 3/ 1233/ № 1614. Tirmizi: 3/ 286/ № 2189. İbn Macə: 2/ 911/ № 2729. Əbu Davud: 8/ 120/ № 2892.